CƏMİYYƏT


Suraxanıda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Bakı, 19 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının fəalları Vətən Müharibəsi şəhidi Eissavi Muhammad Mazen oğlunun ailəsini ziyarət ediblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhidin ailəsinə təşkilat tərəfindən anım lövhəsi təqdim olunub.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək onların heç zaman unudulmayacağını vurğulayıb.

Şəhidin ailə üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

YAP Suraxanı rayon təşkilatının fəalları və şəhidin ailə üzvləri Eissavi Muhammadın məzarını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.