CƏMİYYƏT
Suraxanıda beş evdən oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 27 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin may-sentyabr aylarında Suraxanı rayonu ərazisindəki 5 evdən velosiped, musiqi alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Əmirxanov və əvvəllər məhkum olunmuş R.Məlikov Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Sentyabrın 21-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini P.Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları isə sentyabrın 25-də rayon ərazisində “Ford” markalı avtomobildən 630 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Əzimovu saxlayıblar.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.