CƏMİYYƏT
Suraxanıda daha 200 ağac əkilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilib.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası rayonun Əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilib.
Aksiyada rayon icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, o cümlədən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər.
100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib və 200-dən artıq ağac əkilib.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davam etdirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]