CƏMİYYƏT


Suraxanıda qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində keçirilmiş reydlər zamanı fiziki şəxslər Ağasıyev Hafiz Ağahüseyn oğluna, Quliyev Eldar Eyvaz oğluna, Şıxəliyev Şıxəli Ədalət oğluna, Həsənəliyev İman İskəndər oğluna və Cabbarov İlqar Arif oğluna məxsus məntəqələrdə baytarlıq nəzarəti aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.