DÜNYA


Suriya böhranı üzrə Astana formatının növbəti görüşü Nur-Sultanda keçiriləcək

Nur-Sultan, 4 iyun, AZƏRTAC

Suriyada münaqişənin nizamlanması üzrə Astana formatının növbəti görüşü bu il iyunun sonunadək Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılır.

AZƏRTAC ölkə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Xatırladaq ki, Suriyada münaqişənin nizamlanması üzrə Astana sülh prosesi Türkiyə, Rusiya və İran tərəfindən 2017-ci ilin yanvarında başlanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.