DÜNYA


Suriyada 7 ildə 689 KİV nümayəndəsi öldürülüb

Ankara, 2 noyabr, AZƏRTAC 

Suriyada vətəndaş müharibəsi başlayandan bu günədək ölkə ərazisində 689 KİV təmsilçisi qətlə yetirilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Bildirilir ki, ötən müddət ərzində Suriyada öldürülən KİV nümayəndələrindən səkkizi əcnəbidir. Bundan başqa, münaqişə bölgəsində 18-i əcnəbi olmaqla 418 nəfər media əməkdaşı girov və yaxud əsir götürülüb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.