DÜNYA


Suriyada bomba yüklü iki avtomobilin partladılması nəticəsində 9 nəfər ölüb

Bakı, 18 fevral, AZƏRTAC

Suriyanın İdlib şəhərində müxalif qoşunlarının nəzarətində olan ərazidə bomba yüklü iki maşının partladılması nəticəsində 9 nəfər ölüb , 37 dinc sakin isə yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Ağ dəbilqəlilər” mülki-müdafiə agentliyinin direktoru Mustafa Həcc Yusifin bildirdiyinə görə, hər iki maşın şəhərin Kusur məhəlləsində partladılıb. O əlavə edib ki, birinci partlayışdan sonra əməkdaşların əraziyə gəldiyi vaxtda ikinci maşındakı bomba da işə salınıb və agentliyin xilasediciləri də həlak olanlar arasındadırlar. Agentlik direktoru məlumat verib ki, partlayışlar yaxınlıqdakı binalara da ciddi ziyan vurub.

Yaralılardan çoxunun vəziyyətinin ağır olduğu və ölü sayının arta biləcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.