DÜNYA


Suriyada dörd Rusiya hərbçisi həlak olub

Moskva, 27 may, AZƏRTAC

Suriyada dörd Rusiya hərbçisi həlak olub.

AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.