DÜNYA


Suriyada terror aktı planlaşdıran kamikadze zərərsizləşdirilib

İstanbul, 11 avqust, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Suriyanın Azez bölgəsində keçirilən əməliyyat nəticəsində terror aktı planlaşdıran kamikadze ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün rəsmi tviter hesabında bildirib.

Qeyd edilib ki, Təhlükəsizlik Kəşfiyyat Müdirliyinin Hatay kəşfiyyat şöbəsi və Suriya İş Qrupunun birgə əməliyyatı nəticəsində Azez Mare bölgəsində PKK/KCK terror təşkilatının üzvü, kod adı “Ebu Əli” olan Həsən Nəccar 1,8 kiloqram C-4 plastik partlayıcı, kamikadze jileti və çoxlu sayda sursatla birlikdə ələ keçirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.