DÜNYA


Suriyada zəlzələ nəticəsində 237 nəfər ölüb VİDEO

Suriyada zəlzələ nəticəsində 237 nəfər ölüb VİDEO

Bakı, 6 fevral, AZƏRTAC

Regionda baş verən güclü zəlzələ nəticəsində Suriyada azı 237 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ zamanı, həmçinin 639 nəfər xəsarət alıb. Ölüm hallarının əksəriyyəti Lazkiyə, Hələb, Hama və Tartus əyalətlərində qeydə alınıb. Dəmir yollarında və körpülərdə zədələrin mümkünlüyü nəzərə alınaraq, ölkənin şimalında qatarların hərəkəti dayandırılıb.

Rəsmi Dəməşqin nəzarətində olmayan ərazilərdə dağıntılar, xəsarət alanlar və ölənlər barədə məlumat yoxdur.

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda və Kipr adasında hiss olunub. İtaliya ölkənin cənubunda sunami təhlükəsi elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.