DÜNYA


Suriyada zəlzələ nəticəsində azı 3 min 162 nəfər ölüb

Suriyada zəlzələ nəticəsində azı 3 min 162 nəfər ölüb

Bakı, 9 fevral, AZƏRTAC

Regionda baş vermiş güclü zəlzələ nəticəsində Suriyada azı 3 min 162 nəfər həyatını itirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, Dəməşqin nəzarətində olan bölgələrdə 1262 nəfər həlak olub, 2 min 285 nəfər xəsarət alıb.

Eyni zamanda, ölkənin şimalında müxalif qüvvələrin nəzarətində olan bölgələrdə isə azı 1900 nəfərin öldüyü, 2 min 950 nəfərin yaralandığı bildirilir.

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda, Fələstində və Kipr adasında hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.