DÜNYA


Suriyadakı terror təşkilatları tərəfindən Türkiyə Silahlı Qüvvələrinə hava hücumu olub

İstanbul, 11 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib.

AZƏRTAC xəbər verir ki, hücum nəticəsində bir əsgər şəhid olub, beşi yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, zərərsizləşdirilən terrorçuların sayı 277-ni ötüb.

Antiterror əməliyyatı davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.