ELM VƏ TƏHSİL


Suriyalı alim Əbdülfəttah Rəvvas Qalajidən “Nəsimi ili”nə kitab hədiyyəsi

Bakı, 30 sentyabr, AZƏRTAC

Suriyalı alim və yazıçı, ərəb dünyasında dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə elmi monoqrafiya və pyes, məqalələr həsr etmiş Əbdülfəttah Rəvvas Qalaji şairin 650 illik yubileyi və “Nəsimi ili” münasibətilə “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasını və “Rumiyə gedən yol” pyeslər kitabını hədiyyə göndərib. Bu barədə “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AZƏRTAC-a məlumat verib. O bildirib ki, “Nəsimi ili” çərçivəsində “Respublika”, “Ədəbiyyat”, “525-ci qəzet”, Moderator.az və digər KİV-də mütəfəkkir şairin irsinin çağdaş ərəbdilli mənbələrdə araşdırılmasına, Nəsimi məqamının bu günü, habelə Hələb alim və ziyalılarının dahi şair haqqında düşüncələrinə həsr olunmuş yazılarla çıxış edir. Tanınmış ərəb alimi və yazıçısı Ə.R.Qalaji ona elektron qaydada bir neçə kitabını, Nəsimiyə həsr olunmuş məqalələrini, Azərbaycan mediasına müsahibəsini göndərib.

Yuxarıda adları qeyd olunan kitabları Ə.R.Qalaji “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti”nin üzvü Rəşidə Bünyadzadəyə Hələbdə müsahibə verərkən “Nəsimi ili” münasibətilə cəmiyyətin sədri Xatirə Quliyevaya avtoqraf yazaraq hədiyyə edib.

Xatirə Quliyeva ərəb dilində olan bu kitabları tezliklə çap etdirməyi, kitabxanalara, Nəsimi tədqiqatçılarına hədiyyə etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.