DÜNYA


Suriyanın şərqində bomba yüklü avtomobilin partladılması nəticəsində 20 nəfər ölüb

Bakı, 22 fevral, AZƏRTAC

Suriyanın şərqindəki Bağouz rayonunda yerləşən neft yataqlarının yaxınlığındakı Şel qəsəbəsində bomba yüklü avtomobilin partladılması nəticəsində 20 nəfər ölüb.

AZƏRTAC “DawnNews” telekanalına istinadla xəbər verir ki, həlak olanların 14 nəfəri neftçilər, 6-sı isə ABŞ-ın dəstəklədiyi Suriya müxalif ordusunun (SDF) əsgərləridir. İŞİD terrorçuları İraqla sərhəddə yerləşən bu ərazidən çıxarılsa da, onların terror aktlarını davam etdirdikləri bildirilir.

Telekanalın məlumatında qeyd olunur ki, Suriya müxalif ordusunun hələ də İŞİD girovluğunda olan insanların azad olunması üzrə apardıqları danışıqlar nəticəsiz qalıb.

SDF-in sözçüsü Adnan Afrin bildirib ki, bir neçə il əvvəl terrorçuların “xilafət” mərkəzi elan etdikləri Bağouzda İŞİD-in son dayaqlarının məhv edilməsi üçün hərbi əməliyyatlar davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.