REGİONLAR
Sursat anbarında baş vermiş partlayışla əlaqədar zərər görən Xızı sakinləri üçün yeni evlər tikilir VİDEO
Xızı, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar evlərinə zərər dəyən sakinlər üçün yeni mənzillərin tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, hadisə ilə əlaqədar dövlətimizin başçısının tapşırığına əsasən yaradılan komissiya əraziyə baxış keçirdikdən sonra ümumilikdə 10 evə ciddi ziyan dəydiyi müəyyənləşdirilib.
Oktyabrın əvvəlindən Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Giləzi qəsəbəsində üç evin yenidən tikilməsinə, digərlərinin isə əsaslı təmirinə başlanılıb.
Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Dadaşov AZƏRTAC-a müsahibəsində bildirib ki, sakinlər üçün yeni evlərin tikintisinin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.