İQTİSADİYYAT


Sürücülər üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə başlanılıb

Bakı, 14 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə başlayıb.

DANX-dan AZƏRTAC-a bildirilib ki, təlimə dair layihənin açılış mərasimində beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Türkiyə Sürmə Akademiyasının icraçı direktoru, qabaqcıl mütəxəssis, fəxri nəqliyyat müfəttişi Çətin Böyükçınar və akademiyanın peşəkar təlimçiləri iştirak edib.

“Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasından irəli gələn tələblər əsasında müxtəlif layihələrin, peşəkar heyətin iştirakı ilə təlimlərin daha da genişləndiriləcəyindən danışıb.

Ç.Böyükçınar isə bildirib ki, sürmə texnikasına mükəmməl yiyələnmək, ən ekstremal şəraitlərdə sükanı idarəetmə vərdişlərinin formalaşdırılması sürücünü də, digər yol iştirakçılarını da qəzalardan maksimum qorumağa xidmət edir. Xüsusilə ictimai nəqliyyatı idarə edən sürücülərin ekstremal vəziyyətlərə hakim olması sərnişin həyatı üçün çox önəmlidir.

Dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir. Mərkəzdə sürmə təlimi driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə “Ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın plan və proqramı” əsasında nəzəri və praktik dərsləri əhatə edəcək. Müvafiq proqram üzrə kursu bitirən müdavimlərə sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.