CƏMİYYƏT


Sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı videogörüntü yayılıb. Sürücünün bu hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, İdarədə aparılan ilkin araşdırma zamanı müəyyənləşdirilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonunda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonunun Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanılıb.

Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədib, ona fiziki təzyiq göstərərək həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sürücü Binəqədi rayonunda saxlanılaraq polis şöbəsinə gətirilib.

Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əməlindən peşman olduğunu bildirib, polis əməkdaşlarından üzr istəyərək həmin vaxt anlaqsız vəziyyətdə olduğunu deyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində davam etdirilən araşdırma zamanı toplanmış material əsasında, F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.