ELM VƏ TƏHSİL


Sürüşmə təhlükəli ərazilər yeni üsulla qiymətləndirilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonunun timsalında)” mövzusunda məruzə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı ierarxiya təhlil üsulunun köməyi ilə müxtəlif dərəcəli sürüşmə təhlükəli ərazilərin rayonlaşmasını həyata keçirib. Sürüşmə təhlükəli ərazilərdə təhlilin aparılmasında əsas vəzifə dağ süxur kütlələrinin tarazlığını pozan təbii və antropogen faktorların məcmusunu nəzərdə tutan sürüşmə əmələgəlmə şəraitinin təyin edilməsidir.

Məruzəçi bildirib ki, tədqiqatın əsas nəticəsi sürüşmə proseslərinin təsirinə məruz qalan ərazilərin rayonlaşması zamanı ierarxiya təhlil üsulundan istifadənin effektliyinin tanınmasıdır. Ərazinin təsərrüfat mənimsənilməsi planını tərtib edərkən sürüşmə təhlükəsi üzrə əldə olunan nəticələr nəzərə alınmalıdır. S.Tarixazər bu üsulun digər sahələrə də tətbiq edilə biləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.