ELM VƏ TƏHSİL


“Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb

“Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb

Bakı, 28 yanvar, AZƏRTAC

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı çapdan çıxıb. Kitab Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib.

AZƏRTAC xəbər verir ki, Xatirə Quliyevanın yeni kitabına onun yaxın illərdə, o cümlədən “Şuşa İli”ndə ölkədə və xaricdə çap olunmuş elmi əsərləri daxil edilib. Kitabda alimin “Böyük inamın təsdiqi”, “Azərbaycanın Zəfər bayramının ikinci ilində tarixə reallıqlar pəncərəsindən bir baxış”, “Azərbaycan-Türkiyə. Şuşa Bəyannaməsinin birlik və həmrəylik fəlsəfəsi tarix və müasirlik kontekstində”, “Azərbaycanın haqq mübarizəsi – 2020: tarix, həqiqətlər və reallıqlar” və s. məqalələri xüsusilə diqqət cəlb edir.

Nəşrə filosof alimin on illər boyu Belçikada çap olunan yeganə türk dilində media nümunəsi olan “Yeni Haber” qəzetində “Hatira Guliyeva Azerbaycandan yazıyor” rubrikasında ölkəmiz haqqında silsilə yazıları da daxil edilib. Bundan başqa, kitabda Xatirə Quliyevanın Azərbaycan və türk dillərində bir neçə şeiri də yer alıb.

Vətən tariximizə, türk birliyi fəlsəfəsinə, Qarabağ həqiqətlərinə həsr olunmuş məqalələrinin daxil olduğu “Şuşa Bəyannaməsi - birlik və həmrəylik fəlsəfəsi” kitabı tədqiqatçılar və ümumilikdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabın elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi akademik Nərgiz Axundova, tərtibçisi Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşı Sevinc Quliyeva, rəyçiləri professorlar Azər Mustafayev və Eyyub Kərimov, redaktoru Lalə Əliyevadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.