REGİONLAR


Şuşa Bəyannaməsi ən yeni tariximizin parlaq səhifəsidir

Lənkəran, 19 iyun, Bağır Əliyev, AZƏRTAC

Şuşa Bəyannaməsi ilə Bakının və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. Bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib.

2021–ci il iyunun 15–də, tarixi Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olduğunu söyləyən lənkəranlı alim, bu sənədin iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

C.Quliyev qeyd edib ki, Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Azərbaycanın müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş, müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsi mühüm tarixi və strateji əhəmiyyət daşıyır.

Cəmil Quliyev daha sonra deyib: “Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Bu şanlı tarixin şahidi, Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Otuz ilə yaxın davam edən erməni işğalı səbəbindən yaranmış uzun fasilədən sonra Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər birimizdə sonsuz sevinc hissləri yaratdı. Cıdır düzündə iki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və milli həmrəyliyin bayramı kimi qeyd edildi.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən və bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edən Prezidentimizin rəhbərliyi ilə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələri tezliklə dirçələcək, eləcə də həmin torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.