SİYASƏT


Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları qardaş ölkə KİV-lərinin diqqət mərkəzində olub

Ankara, 15 iyun, AZƏRTAC

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması, eləcə də liderlərin mətbuata birgə bəyanatları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “A haber”, “Haber Global” telekanalları və digər media qurumları imzalanan sənədin əhəmiyyətindən bəhs edib, bunun ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirəcəyini bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər isə qardaş ölkə KİV-lərinin əsas xəbərlərinə çevrilib.

Məlumatlarda diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə yeni inkişaf strategiyasının əsasını təşkil edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.