MƏDƏNİYYƏT
Şuşa Dövlət Musiqili Dram Teatrında premyera
Bakı, 21 noyabr, Z.Mansurova, AZƏRTAC
Noyabrın 21–də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun “Dələduz” tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Dələduz” tamaşasının süjeti adi məişət mövzusundan götürülüb. Burada mühüm məsələlərə toxunulur və bu, təkcə bir nəfərin deyil, ümumilikdə bütün cəmiyyətin problemi kimi təqdim edilir.
Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov, Mətanət Eres, Etibar Cəfərov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Vüqar Ağayev, Sevinc Ağayeva və başqaları iştirak ediblər.
Maraqla qarşılanan təqdimatdan sonra səhnə əsərinin geniş müzakirəsi keçirilib.