CƏMİYYƏT


“Şuşa İli” çərçivəsində elmi seminar keçiriləcək

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 7-də “Şuşa İli” çərçivəsində növbəti elmi seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda onlayn seminarda bu sahədə tədqiqatlar aparan mütəxəssislər də iştirak edə biləcəklər.

Mövzu ətrafında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev, Atatürk Universitetinin professoru Prof. Dr. Kerem Karabulut, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d., dosent Mayis Əzizov və Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosentı, i.f.d Həzi Eynalov təqdimatla çıxış edəcəklər.

Təşkilatçılar bildirirlər ki, seminara ZOOM platforması üzərindən (https://zoom.us/j/99760603361 (giriş kodu: 911073) linki vasitəsilə qoşulmaq mümkündür.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.