ELM VƏ TƏHSİL


“Şuşa İli”nə həsr olunan respublika gənclər konfransına tezis qəbulu aparılır

Bakı, 16 aprel, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə oktyabrın 4-də “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, məruzə tezisləri avqustun 1-dək qəbul ediləcək. Konfrans haqqında daha ətraflı məlumatla və məruzə tezislərinin tərtibi qaydaları ilə muzeyin saytında tanış olmaq mümkündür.

Konfransdan sonra onun materialları PDF formatında muzeyin saytında yerləşdiriləcək.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.