ELM VƏ TƏHSİL


“Şuşa İli”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Bakı, 14 aprel, AZƏRTAC

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında aprelin 23-də onlayn formatda “Şuşa İli”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək. Qaliblərə sertifikat və hədiyyələr veriləcək.

Olimpiadada iştirak etmək istəyənlər aprelin 23-dək https://www.oxuyan.az/exams/ii-mekteblilerarasi-astronomiya-olimpiadasi-vhjy4r linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.