MƏDƏNİYYƏT
“Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi davam edir
Bakı, 22 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi davam edir.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir.
Müxtəlif janrlı əsərlərin yazılmasına heç bir məhdudiyyətin olmadığı müsabiqənin şərtlərinə görə, bir müəllif yalnız bir əsər təqdim edə bilər. Yarışmaya qatılmaq üçün yaş məhdudiyyəti yoxdur, əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq. Qalib pyes müəllifi 2000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq, iştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini [email protected] ünvanına göndərməlidirlər.