Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Şuşa İli”nin estetikası – məsuliyyətimiz, vəzifələrimiz

“Şuşa İli”nin estetikası – məsuliyyətimiz, vəzifələrimiz

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi son verilən qərarlardan – “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “İmadəddin Nəsimi İli”, “Nizami Gəncəvi İli”ndən sonra mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına xidmət baxımından müstəsna addımdır. Bu qərar Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.

Yola saldığımız “Nizami İli”nin mahiyyətində ehtiva olunan sakral məna nə ilə bağlı idi? Mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb etmək! İndi də yeni il girər-girməz, ölkə başçısının bizləri “Şuşa İli” sevinci ilə müjdələməsi, daha sonra yanvarın 5-də bu yöndə sərəncama imza atması bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün unikal dəyər kəsb edir.

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimovanın “Şuşa İli” ilə bağlı hazırladığı “Şuşa İli”nin estetikası – məsuliyyətimiz, vəzifələrimiz” sərlövhəli yazısında yer alıb. AZƏRTAC həmin yazını oxuculara təqdim edir.

Bu il yalnız Şuşanın 270 illiyinin qeyd olunacağı tarix kimi simvolikləşmir. Həm də ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Vaqif məqbərəsinin 40 illiyidir. Yenə də bu il ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, idealları və istiqlal təlimi ilə yoğurub hasilə gətirdiyi Yeni Azərbaycan Partiyasının 30 illiyidir. Bütün bu rəqəmlərin ayrılıqda hər biri və birlikdə hamısı Azərbaycanın bu günü deməkdir, qazanılan Zəfər, müzəffər Ordu və qalib Ali Baş Komandan deməkdir.

Ölkə başçısı İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlatdı. Hələ ötən il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirirdi. Bu labüdlüyə iki mühüm nümunəni Prezident özü göstərdi. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi. 1908-ci ildə V.D.Korqanov “Qafqaz musiqisi” əsərində yazırdı ki, “Zaqafqaziyaya musiqi xadimlərini çalğıçı və xanəndələrin, şeir, musiqi və mahnıların füsunkar vətəni olan Şuşa verdi”. İndi, ölkə başçısı vaxtilə Qafqazın və Şərqin müasir mədəni mərkəzlərindən biri olan, mədəniyyətlərin bütün sahələrini əhatə edən Şuşanın əzəli parlaq obrazını bərpa etmək, ona daha sivil və kreativ mahiyyət aşılamaq naminə müstəsna bir sərəncama imza atdı və bununla Şuşaya unikal tarixi mövqe təmin etmiş oldu.

Qeyd edək ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən şəxsiyyət, 1970-ci illərdə rəhbər vəzifədə olan böyük dövlət xadimi Heydər Əliyev olmuşdur: Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmişdir! Bunun üçün onun təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanmışdır. Daha sonra, 1982-ci il yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi.

Ümummilli lider Heydər Əliyevin Şuşada şairin adına məqbərə ucaltması onun milli ruha xidmət edən poeziyası ilə bərabər, həm də milli diplomatiya tarixində oynadığı rolla bağlı idi. Həsən Həsənovun “Gələcək haqqında... xatirələr” məqaləsində bu məqamla bağlı maraqlı epizod yer alır: “Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Bəli, Heydər Əliyev bu mücadiləni ana dilimizi məhdudlaşdıran, tariximizi saxtalaşdıran, ədəbi irsimizi unutduran, milli aydınlarımızı yox etməyə çalışan Kommunist partiyasının ən mötəbər vəzifəsində əyləşərək aparırdı və hər addımı ilə tarixin sabahına yönələn amalları hədəfə çevirirdi. Çünki “Hamısını bilirdi”...

Onu da bilirdi ki, Şuşa hansı tərəfdən baxırsaq baxaq, müxtəlif sənətlərin qovuşduğu müqəddəs məkandır. Söz və rəng qamması, sənət və təbiət harmoniyası, muğam və qəzəl arifmetikasının sinkretik şəkildə qovuşduğu və ilahi ahəng yaratdığı mədəniyyət yurdumuzdur Şuşa. Bu gün dünyada xüsusi olaraq araşdırma predmeti olan, mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq mövzusunun Azərbaycan məkanında ilk təmsilçisidir. Musiqi, ədəbiyyat, teatr, rəssamlıq, memarlıq, xəttatlıq – incəsənətin müxtəlif sahələrinin kodlarını bir yerə cəm etmək, onların kəsişən bucaqlarını öyrənmək baxımından Şuşa ədəbi mühiti hər zaman böyük material verib və indi, “Şuşa İli” kimi səciyyə qazanan yeni dönəmdə bu estetika və enerji bütövlüyünü layiqincə ifadə eləmək hər birimizin üzərinə düşən missiyadır.

Şuşa qəzəl və muğam sənətinin praktik və elmi vəhdət yaratdığı ilk məkan kimi əhəmiyyətlidir. Şuşa XVIII əsr Vaqif poeziyası ilə yeni milli şeirin əsasının qoyulduğu məkan kimi dəyərlidir. Şuşa ilk poetik deyişmə və şeir məclislərinin keçirildiyi sənət ocağı olaraq müstəsnadır. 1872-ci ildə Xurşidbanu Natəvanın öz evində təşkil etdiyi “Məclisi-üns” şeir məclisi, 1872-1900-cü illərdə Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi-fəramuşan” şeir və musiqi məclisi ilk yaradıcı təşkilatlar olaraq istedadlı imzaların yetişməsində, mədəniyyət və maarifin təbliğində rol oynamışdır. Şuşa həm də ilk həvəskar teatr tamaşalarının oynanıldığı məkan olaraq tarixi bir faktın təmsilçisidir. Bakıda ilk professional tamaşaların oynanıldığı 1873-cü ildən 25 il əvvəl, 1848-ci ildə ilk tamaşalar Şuşada oynanılıb və sonralar paytaxtda oynanılan tamaşaların hazırlanmasında yaxından köməklik edən şəxslər də elə Şuşa realnı məktəbinin tələbələri olublar.

Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırır. 2022-ci ilin “Şuşa İli” kimi təqdimi bu mənada, bütöv mentalitet və yaddaşa xidmət sayılmalıdır. Bu təqdimat, eyni zamanda, bütün sahələrin təmsilçilərinin üzərinə böyük borc və məsuliyyət qoyur və bəzi nüanslara diqqət yetirməyi zəruri edir.

Bu nüanslar hansılardır? Bir ədəbiyyatşünas kimi, bəzi təkliflər irəli sürüb onların reallaşması istiqamətində əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıram. Zənnimcə, “Şuşa İli”nin səmərəliyi meydana qoyulan siqlətli işlərin reallığında qüvvətli bir əməl cizgisi kəsb edəcək.

Məsələn, Şuşanın metafizik etimologiyasını biz epistolyar mətnlərin əsasında araşdıra bilərik. Bunun üçün Qarabağ əsilli Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlunun türk şamanizmi motivlərində yazdığı “Mən kiməm? Tanrı dağında” hekayəsi, Maltada sürgündəykən həyat yoldaşı Sitarə xanıma yazdığı məktublar yetərincə material verir. Böyük şəxsiyyət Mirzə Bala Məmmədzadənin ilk səma ayinlərinin, sufi rəqslərinin XI əsrdə Anadolu ilə yanaşı, Qarabağ dağlarında da icra edilməsi ilə bağlı verdiyi informasiya bədii təfəkkürdə Şuşa amilini yenidən dövriyyəyə gətirir.

“Şuşa İli”ndə aparılacaq araşdırmaların tədqiqat sferasına Qarabağ dağlarındakı şamanlardan tutmuş Qarabağ dağlarındakı sufilərə, Qarabağda toxunmuş iki min beş yüz yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə qədər hər kiçik nüans cəlb edilməlidir. Bu isə Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə formalaşdığının əyani dəlilidir və bu gün Azərbaycan ədəbi zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz etmək üçün ona həm də bu rakursdan yanaşmalıdır. Çünki Şuşa elə Qarabağın özü deməkdir.

Molla Pənah Vaqifin, onun yaradıcılığının İkinci Qarabağ savaşından sonra yeni təhlili verilməlidir. Bu istiqamətdə artıq meydanda bir neçə uğurlu ədəbi fakt olsa da, daha sistemli və ardıcıl nüfuzla sovet dövründə şairin irsi ilə bağlı edilmiş təhriflərin aydınlaşmasına ehtiyac vardır. Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə və gözəlliyə, kədərə və əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı və səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının və milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır. Bu mənada, dövrünün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənib. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli bədii təfəkkürün və özünüdərketmənin təzahürünün güclənməsi və s.

Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının - Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz "Vaqifə qədər" olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri də Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.

Daha bir tədqiq olunası məqam ensiklopedik zəka sahibi Mirmöhsün Nəvvabın yaradıcılığı ilə bağlı meydana çıxır. Onun istər musiqi tədqiqləri - “Vüzuhül ərqam” (“Rəqəmlərin aydınlaşdırılması”) mətni, istər yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisi, istəsə də qələmə aldığı “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsəri, eləcə də şeirləri, rəsmləri intermediallıq prinsipləri ilə əlaqəli şəkildə tədqiq olunmalıdır.

Yaxud Qarabağın adını ilk dəfə şeirlərinə gətirmiş şair Mir Həmzə Seyid Nigari Qarabaği ilə bağlı araşdırmalara rəvac vermək də çox əhəmiyyətli və ibrətamiz çalar kəsb edər. Seyid Nigari ədəbiyyat tariximizdə xüsusi yer tutan şəxsiyyətlərdən biridir, nəqşibəndi təriqətinin şeyxi, sufi şairdir. Onun yazdığı şeirlər tez bir zamanda xalq tərəfindən sevilərək dillər əzbəri olmuş, Nəqşbəndi təriqətinin müridləri tərəfindən zikr məclislərində ilahilər şəklində oxunmuşdur. Amma əhəmiyyətli və simvolik məqam yalnız bununla bağlı deyil. Mir Həmzə Seyid Nigari poeziyamızda Qarabağı vəsf edən ilk şairdir. Yaradıcılığında Allah, Peyğəmbər, Əhli-Beyt sevgisini tərənnüm etsə, eşqə, məhəbbətə dair şeirlər yazsa da, daha çox Qarabağ sevgisini tərənnüm edən nəzm ustadı kimi tanınır və qəbul edilir. Azərbaycan və fars dillərində, əruz və heca vəznində qələmə alınmış bu şeirlərlə tanışlıq ədəbi təfəkkürümüzdə Şuşa amilinə bir də Seyid Nigari kontekstindən nəzər yetirməyi zəruri edir.

Ötən il avqust ayının 29-31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günlərinin əzəmətli tarixi anlarını yaşadıq. Belə bir möhtəşəm sənət tədbirini zənnimcə, Mir Möhsün Nəvvabın, Seyid Nigarinin də xatirəsinə həsr etmək və böyük şairlərimizi doğulduğu Qarabağda yad etmək gözəl olar. Həmçinin Şuşanın keçmişi, tarixi şəxsiyyətlərinin yaradıcılığı, milli irsi, dəyərləri mövzusunda beynəlxalq konfranslar keçirmək görüləcək işlərə vüsət qazandırar. Nizami Gəncəvi ilə bağlı ötən il Azərbaycan Milli Elmlər Akademiyasının imza atdığı uğurlar və silsilə işlər zənnimcə, bu ildə də layiqli şəkildə davam tapar. Mədəniyyət Nazirliyi ötən il “Nizamiyə namə” mövzusunda beynəlxalq esse müsabiqəsi təşkil etmişdir. Belə bir yazı müsabiqəsini Şuşa ilə bağlı da keçirməyə ehtiyac var. Şuşa dünya mədəniyyətlərinin gözü ilə - belə bir genişlik “Şuşa İli”ndə qüdrətli bir əməl cizgisi kəsb edər.

Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz... Ədəbiyyatımıza bir çox yeni tiplər və obrazlar gəlmişdir. Bunlar isə özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirmişdir. Əslində, bu deyilənlər XX əsrin əvvəllərində bizim ədəbiyyatımızda yaranmışdır: “Atıldı dağlardan zəfər topları, Yürüdü, iləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qız, Bəkliyor bizləri zəfər, bismillah!”. Nəinki obraz, hətta başqa, əvvəlki Dünya müharibəsinin ağrılarını, insanlığın fəryadını ədəbiyyatlaşdıran şairlər – Məhəmməd Hadi və elə həmin “Bismillah” şeirinin müəllifi Əhməd Cavad var idi. Hadi Birinci Dünya müharibəsində Karpat dağlarında alay mollası olmuşdu. Əhməd Cavad Çanaqqalada savaşmış, Azərbaycan əsgəri isə ədəbiyyatımıza daha çox bu iki şairin qələmi ilə daxil olmuşdu. Onlar isə sarsıdıcı müharibəyə adekvat olaraq insanların içindəki işığı, harmoniyanı qoruyan bir ədəbiyyatı, özü də möhtəşəm müharibə ədəbiyyatını yaratmışdılar. Çox sevdiyim bir frazanı burda da xatırlatmaq istəyirəm. Lui Araqon Fransanın faşistlər tərəfindən işğal edildiyi günləri xatırlayıb yazırdı ki, o çətin illərdə rəssam Matiss bizə kömək etdi ki, biz Günəşi qoruyub saxlayaq.

Bu gün bəyan edilən “Şuşa İli” bizim üçün həmin günəş missiyasını yerinə yetirir. Necə ki, müharibənin ən sərt dönəmlərində belə günəş kimi əlçatmaz zirvədə qərar tutmuşdu və necə ki, onu geri qaytarmaqla ən böyük Qələbəmizi müjdələməli olduq. İndi son əlamətdar hadisə – 2022-ci ilin “Şuşa İli” elan edilməsi, bu tarixi faktın bizə yaşatdığı qürur Vətən amilinə həssaslığımızı bir qədər də artırdı.

“Şuşa Azərbaycanın gözüdür!” ümummilli lider Heydər Əliyevin vaxtilə qürurla və kövrək üslubda səsləndirdiyi bu ifadə indi öz əyanilik zamanını gözləyir. Onun ehtiva olunduğu gözəlliklərin üzə çıxarılmasına, qədimliyinin tarixi dərkini verməyə, həmçinin yeni təfəkkür işığında təqdimatına, səviyyə və mənzərəsinin dəyərləndirilməsinə, eləcə də mövzu ilə bağlı elmi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə böyük ehtiyac var və heç şübhəsiz, “Şuşa İli” bunların geniş aspektdə realizəsinə imkan yaradacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib