Şuşa Modul Tipli Xəstəxanasında İcbari Tibbi Sığortanın Xidmətlər Zərfindən yararlanmaq mümkündür
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
Şuşa Modul Tipli Xəstəxanasında təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələri mövcuddur. Xəstəxanada Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, xəstəxanada fəaliyyət göstərən tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir. Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir və 9 çarpayılıqdır. Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur.
Xəstəxanaya müraciət edənlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər.




Xəbərin mətnində orfoqrafik səhv var