Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şuşa: Ruhumuzun yaratdığı şəhər

Şuşa: Ruhumuzun yaratdığı şəhər

Bakı, 30 mart, AZƏRTAC

O faktı hökmən yada salmağı lazım bilirik ki, dünyada, bəşər sivilizasiyasının boy verdiyi, kök saldığı bütün ölkələrdə mədəniyyət paytaxtı sayılan əyalət şəhərləri çox azdır. Cənubi Qafqazın “öz şirəsində qaynayaraq” nəinki məxsus olduğu regionun, ümumilikdə Qafqazın incisinə çevrilən Şuşa belə nadir şəhərlərdən biridir.

Burada salınan, hər biri ayrı-ayrılıqda avtonom xüsusiyyətləri ilə diqqəti cəlb etsə də, ümumi şəhər kompleksinin tamamlanmasına xidmət edən məhəllələr koloriti ilə fərqlənirdi. Seyidli, Köçərli, Mamayı, Dördçinar, Çölqala, Merdinli, Dəmirçilər, Xocamərcanlı və sonradan sayı 17-ə çatdırılacaq digər məhəllələr bu zərif tonlar arasında əlaqə, uyğunluq yaradaraq şəhərin harmoniyasını tamamlayırdı. İlk vaxtlar daha çox özünün relyefinə və təbii landşaftına və xüsusi olaraq dövrəsinə çəkilən böyük və güclü səddi ilə seçilən şəhər, artıq XIX əsrin ortalarında həm də gəlişən, formalaşmaqda olan mədəniyyət mərkəzi kimi cəlbedici idi. Əsası 270 il əvvəl Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşa zamanının ən müasir şəhərsalma prinsiplərinə cavab verən tələblər əsasında yaradılmışdı. Xalq arasında daha çox Qala adı ilə çağırılan şəhər Pənahabad, və ya Şuşa adlandırılırdı.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a göndərdiyi, “Şuşa İli” kontekstindən hazırlanan “Şuşa: Ruhumuzun yaratdığı şəhər” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Bu, Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığının Araz çayından Göyçə gölünədək, Tərtər çayından başlayaraq düzənlik və dağlıqları- dağ Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə, Mığrı, Tatev və Qarakilsəyədək uzanan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad, Şamaxı xanlıqları ilə həmsərhəd olan geniş ərazidə hər bir dövlətin başlıca missiyasını təmin etməkdən ibarət idi.

Bu cür ictimai-siyasi şəraitdə yarandığı ilk vaxtlardan xanlığın paytaxtına çevrilən Şuşa unikal memarlıq nümunələri ilə seçilməyə başlayır, “Qafqazın sənət məbədi”nə çevrilirdi. Ötən 60-70 ildən sonra şəhər təkcə “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası” kimi yox, həm də özünəməxsus ədəbi mühiti ilə seçiləcək. Bu da maraqlı detallardandır ki, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti ilk növbədə, xanəndə və sazəndələr ustad-şəyird müstəvisində inkişaf edirdisə, Şuşa mühitinin yetirməsi olan, Azərbaycanda bəstəkarlığın əsasını yaradan Üzeyir Hacıbəyli ilə peşəkar musiqi təhsilinin əsası yaradılacaq. Bütün bunlar sonra olacaq.

XVIII-XIX əsrlərdə tikilən Şuşa məscidləri məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentlərinə çevrilirdi. Məhəllə məscidlərinin minarələrinin dekoru və otaqların divarları yerli rəssamlar tərəfindən işlənirdi. Bu rəssamların içində şair, rəssam, astronom, ədəbiyyatşünas, riyaziyyatçı, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvab xüsusilə seçilirdi. Onu əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsinə aid edilirdi. Müasirləri Mir Möhsün Nəvvabı Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi, özünün açdığı mətbəədə kitablar naşiri, müəllim, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclislərinin yaradıcısı kimi tanıdılar. Bu məclislərdə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları müntəzəm iştirak edirdilər.

Onların, ümumiyyətlə, 100-dən artıq şairin həyat və yaradıcılığı Nəvvabın "Təzkireyi-Nəvvab" əsərində təqdim edilirdi. Yeri gəlmişkən, bu təzkirəni ədəbiyyat tariximizlə bağlı ilkin nümunə saymaq olar.

Riyaziyyat, kimya və astronomiya ilə maraqlanan Nəvvab 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib edirdi. "Nəsihətnamə" əsərində gəncliyə məşhur nəsihətlər verən Nəvvab “Kifayətül-ətfal,Nurül-Ənvar", “Pəndnamə” və digər kitabları zəhmətkeş, ardıcıl alim ömrünü əks etdirirdi. Bütün bunlarla bərabər, Nəvvabın bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir-neçə bina və məscidə vurduğu naxışlar bizə yadigar qalıb.

Sonralar məşhur musiqi traktatı kimi tanınacaq “Vüzuhül-ərqam”ı 1913-cü ildə Bakıda nəşr etdirən ensiklopedik şəxsiyyət, həmçinin “Kəşfül-həqiqəti-məsnəvi”nin müəllifidir. Bu risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur, ilk dəfə olaraq, dəsgah terminindən istifadə edirdi. Ümumiyyətlə, o, Qarabağda məlum olan altı dəsgahın, həmçinin Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir, onların mənşəyini və onların adının etimologiyasını araşdırıb.

Şuşa ədəbi mühitinin formalaşmasında mühüm rolu XVIII əsr Azərbaycan poeziyasının ən görkəmli şairlərindən biri, yeni salınan, tikinti-quruculuq işlərinin vüsət aldığı illərdə, əsrin 60-cı illərində Şuşa məscidlərinin birinin nəzdindəki mədrəsədə müəllimlik edən, daha sonra xanlıq paytaxtı sakinlərinin sevimlisinə çevrilən, xalq arasında böyük hörmət və nüfuzu ilə sarayın diqqətini cəlb edən, burada saray eşikağası vəzifəsindən baş vəzirliyə qədər yol keçən Molla Pənah Vaqif oynayıb.

Vaqifin ərəb və fars tərkiblərindən təmizlənmiş aydın dildə yazılan şeirləri o hörmət və nüfuzun mayasında dururdu. Heca vəznində yazılan, Azərbaycan ədəbi dilinin formalaşmasında əsas rol oynayan xalq danışıq dilinin bütün müsbət keyfiyyətlərini özündə ehtiva edən o dil məhz Vaqifin yaradıcılığı ilə ədəbi-bədii dil səviyyəsinə qaldırılıb. Mənalı, mənalı olduğu qədər də azərbaycanlı- türk ruhuna bürünmüş o şeir nümunələri ağızdan-ağıza gəzir və müəllifini təkcə Qarabağda deyil, bütün Azərbaycanın sevimlisinə çevirir və məşhurlaşdırırdı. Buna görə idi ki, o zamanların zərbi-məsəllərindən biri olan “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” məsəli bütün Qafqazda dolaşırdı.

Vaqif ona görə Şuşa ədəbi mühitinin formalaşdırılmasının memarlarından biri kimi qəbul edilir ki, xanlığın baş vəziri sadə xalq dilində yaranan və böyük mənəvi keyfiyyətlərin transformasiyası olan poetik nümunələri ilə hakim təbəqə və xalq kütləsi arasında ortaq körpü yaradırdı. Sonradan digər ədəbiyyat nümayəndələri də o körpüdən keçəcək.

Maraqlı olansa bu idi ki, Vaqifin şeirləri ancaq azərbaycanlıları deyil, erməniləri də öz cazibəsinə salırdı. Onlardan ikisinin, Mirzə Yusif Qarabaği və Mirzəcan Mədətovun bilavasitə təşəbbüsü və pul vəsaiti ilə Molla Pənahın şeirlərindən ibarət "Məcmueyi-divani Vaqif və digər müasirin" kitabı 1856-cı ildə Teymurxanşurada (indiki RF-nın Dağıstan vilayətində) buraxıldı.

Ümumiyyətlə, Şuşanın Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi prosesinin necə baş verdiyini Qafqazın 10-cu əsrdən 1862-ci ilə qədər tarixinə dair sənədlərin Rusiya hakimiyyət orqanlarının təşəbbüsü ilə nəşr olunan “Qafqaz Arxeoqrafiya Komissiyasının aktları - Qafqaz canişini Baş İdarəsinin arxivindən çıxarılmış sənədlərin rəsmi nəşri”ndə izləmək mümkündür. Həmin nəşrləri günün bu günündə Qafqazın etnoqrafik xəritəsi kimi qəbul etmək mümkündür.

Bu nəşrlərin çap olunmuş on iki cildində Qafqaz xalqlarının tarixinə dair müxtəlif məlumatlar öz əksini tapıb. Burada ərəb salnamələri, fərmanlar, qucarlar (nizamnamə məktubları) və digər aktlar, əsasən XIV - XIX əsrin birinci yarısını əhatə edən dövrlər üzrə gürcü dilində, həmçinin erməni, azərbaycanlı, rus, ərəb, fars və türkcə tərcüməsi ilə yanaşı, yerli xan və sultanların şəcərələri, Qafqaz qubernatorunun hakimiyyəti dövrünə aid sənədlər yer alırdı.

Xidməti işləri ilə əlaqədar müxtəlif coğrafiyalarda, o cümlədən Şuşada olan nəşrin redaktoru A.Berje arxiv sənədlərinə əsasən yazırdı: "Vaqif mühəndislik elmini yaxşı bildiyinə görə Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona etibar edilmiş, həmçinin onun mükəmməl şairliyi və alimliyi haqqında xəbərlər xanlığın hüdudlarından uzaqlara yayılırdı”.

1851-ci ilin martında Adolf Berjenin rəhbərlik etdiyi Qafqaz Arxeoqrafiya Komissiyasına Qafqaz Canişini Dəftərxanasının Şərq dilləri üzrə tərcüməçisi, polkovnik Mirzə Fətəli Axundzadə İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin üzvü seçildi, “Qafqaz Arxeoqrafiya Komitəsinin aktları” məcmuəsinin tərtibçisi və tərcüməçilərindən biri oldu.

Mirzə Fətəli Axundzadə Şuşa, Qarabağ mühitinə kifayət qədər yaxından bələd idi və onu qeyd edək ki, onun Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoyan komediyalarından ikisinin- “Hekayəti- Müsyö Jordan nəbatat və dərviş Məstəli şah caduküni- məşhur” və “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) əsərlərinin mövzusu buralarla bağlıdır.

Axundzadə öz yaradıcılığı ilə milli ədəbiyyatımızı istər kəmiyyət, istərsə də keyfiyyətcə yeni mərhələyə keçirmişdir. Dövrünün təkcə ədəbiyyat deyil, həmçinin aktual ictimai-siyasi məsələləri və problemləri, xalqın geniş mənada maraqlarına cavab verən yeni mündəricə, yeni ideyalar gətirən Axundzadə ədəbiyyatımızda nəinki yeni janrların, həmçinin yeni idealların əsasını qoyurdu. Buna görə idi ki, Mirzə Fətəli ancaq ədəbiyyatın tarixində yazıçı-dramaturq kimi deyil, mənsub olduğu xalqın həyatında böyük maarifçi kimi də qaldı. Komissiyadakı işi ilə əlaqədar arabir olsa da Qarabağa, onun incisi olan Şuşa şəhərinə səfərləri zamanı o, buradakı mühitə yaxından bələd olmuş, dövrünün ən görkəmli Azərbaycan şairi Qasım bəy Zakir, “Nəva” təxəllüsü ilə şeirlər yazan, Cavanşir nəslindən olan Cəfərqulu xan, sonralar Azərbaycanın qadın şairləri arasında aparıcı yerlərdən birini tutan, incə ruhlu lirik şeirlərin müəllifi kimi ədəbiyyat tariximizdə məxsusi yerində qərarlaşan Xurşidbanu Natəvan və digərləri ilə yaxından tanış olmuş, hətta onların bəziləri ilə mənzum məktublaşmaları ilə də yadda qalmışdır. Belə məktublarında incə zarafatlarından və atmacalarından da qalmayan Mirzə Fətəlinin Zakirə yazdığı şeir az qala 200 ilə yaxındır ki, yaddaşlarda qərarlaşıb:

Qasım bəy, eşitdim yaxın olubsan,

Xan qızına, axır nədir bu rəftar?

Edibsən xubları yüz yol imtahan,

Eylərsən onlara yenə etibar.

Yeyib otağında şamu naharın,

Kəsdiribsən yasdığının kənarın,

Eşidibsən şirin-şirin göftarın,

Kişi, sənin vallah əcəb işin var!

O, incə zarafatları ilə bərabər, təməlində gələcək fəsadlar üçün gördüyü təhlükəli məqamları da görür, həmin məqamların aradan qaldırılmasının nə qədər faydalı olacağını qeyd edir:

Özgə cəfalarım dursun kənarə,

Nə lazım hər birin salmaq sümarə.

Xeyir işinə onun mən o diyarə,

Şadu xürrəm getdim, qayıtdım bəs xar.

Belə məqamlardan biri kimi, XIX əsr Azərbaycanı üçün xarakterik olan bir cəhəti, xalqı dini fanatizmə çəkən “din xadimlərinin” cəmiyyətdə dominantlığa can atmasını, onun üçün işıq mənbəyi olan elm və təhsilin dirçəlməsinə qarşı göstərilən cəhdlərin perspektivini “Cəfərqulu xana” şeirində dönə-dönə yada salınır:

Səlam olsun məndən sərkar xana,

Mollalardan bir az edim şikayət.

Münkirdirlər əhadisə, qurana,

Çifaidə gecdir hələ qiyamət.

Qəzəb etsin tanrı belə millətə,

Rəva deyil bular girə cənnətə.

Nə vacibə qail, nə də sünnətə,

Görməsinlər peyğəmbərdən şəfaət!...

Bilmirəm ki, nədir bu işə çarə!

Gəlimmi mən Qarabağa dübarə?

Olmasa gər xandan cüzi işarə,

Əlifbey saridən olmanam rahat.

“Dövlət” anlayışını aydın təfəkkürü ilə qəbul edib də onun güc mərkəzinin siyasi iradədə cəmləşdiyinə zərrə qədər şübhə etməyən Mirzə Fətəlinin “Görməsinlər peyğəmbərdən şəfaət”- dediyi, dini dəyərlər örtüyü altında gizlədilən canavar xislətli zümrənin ancaq xanın iradəsi ilə lokallaşdırıla biləcəyinə ümid işartılarını da görmək olur.

Şuşa ədəbi mühitinin rövnəqləşməsi, ecazkar cəlbediciliyi ilə təkcə Qarabağda deyil, hətta Azərbaycanın maddi və mənəvi sərhədlərindən kənara çıxaraq məşhurlaşması, ilk növbədə, Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın yeganə övladı Xurşidbanu Natəvanın şəxsiyyəti və yaradıcılığı ilə birbaşa bağlıdır.

Hesab edirik ki, ümumilikdə Natəvan və onun zamanı Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərində Anna Axmatovanın yaradıcılığı ilə ədəbi ictimaiyyət arasında populyarlaşan və “Gümüş əsr” kimi qəbul edilən dövrü sayıla bilər. Ədəbi tənqid hesab edirdi ki, Aleksandr Puşkin və müasirlərinin yaşayıb yaratdığı XIX əsr “Qızıl əsr”dirsə, yaradıcı qadınların xüsusi iddia ilə meydana çıxıb parlamaları “Gümüş əsr” hesab oluna bilər. Bu, onunla izah oluna bilər ki, xan qızının istedadı və alicənablığı ətrafında birləşərək "Məclisi-üns" məclisindəki şairlər arasında qadınların sayı az deyildi. Bunlardan əlavə, bu məclisdə məşhur xanəndə və sazandələr- Hacı Hüsü, Məşədi İsi, Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Əbdülqəni, Sadıqcan və digərləri iştirak edirdilər.

Xurşidbanu Natəvan Azərbaycanın və onun ədəbiyyatının tarixinə Şərq qadınının simvollarından biri kimi düşüb. 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi və şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsi qoyuldu. Bu, uzaq Avropa ölkəsində təkcə istedadlı şair və ardıcıl mesenantın təbliği nöqteyi-nəzərindən Şərq qadını obrazının deyil, bütövlükdə Azərbaycan qadınının təqdimatı demək idi.

XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 11 nüsxəbənd, 4 astronom, 18 memar, 16 həkim, 42 müəllimin olması faktı Şuşa şəhərinin mədəniyyət mərkəzinə çevirməsində öz sözünü deyirdi. Bu insanlardan sonra gələn yeni nəsil, Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdirən yazıçı, publisist diplomat, folklorşünas Ceyhun bəy Hacıbəyli, milli ideoloqlardan biri, yazıçı, publisist, alim Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Fərhad Ağazadə, Zülfüqar Hacıbəyli, Firudin bəy Köçərli, Cabbar Qaryağdıoğlu, Xarrat Qulu, Sadıqcan, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məhəmməd, Seyid və Xan Şuşinskilər, Zülfi Adıgözəlov, Sara Qədimova, Şövkət Ələkbərova, dünyaşöhrətli vokalistlər Bülbül və Rəşid Behbudov, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman

Ələsgərov kimi istedadlı bəstəkarlar və daha onlarla fikir və söz, musiqi xadimləri Şuşa mühitinin yetirmələri olmaqla bərabər, həm də zəngin ənənələrin daşıyıcıları olub.

Buna görədir ki, o mühit ancaq hansısa bir regionun deyil, bütövlükdə Azərbaycanın maddi-mənəvi dünyasının yuvası kimi qəbul edilir. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qəbul edilmiş qərar o yuvanın qorunmasına xidmət edirdi. Böyük dövlət adamı xalqımızın tolerantlığı ilə qidalanan, tarixi ərzində heç bir milli və dini dözümsüzlük faktı mühitində XIX əsrin 30-cu illərində burada məskunlaşdırılan erməni millətçiliyinin müəyyən məqamlarda baş qaldırdığını bilir və şəraitin verdiyi bütün imkanlardan maksimum yararlanırdı ki, şəhərin gələcək taleyini minimum təhlükəsiz etsin. Bu qərardan sonra Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılması daha çox həmin faktorlarla bağlı idi. Ona görə idi ki, Şuşanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Molla Pənah Vaqifin məqbərəsi Ümummilli Liderin birbaşa göstərişi və iştirakı ilə tikildi.

1992-ci ilin may ayında Azərbaycana qarşı ərazi iddiaları ilə Ermənistanın başladığı işğalçı müharibənin gedişi zamanı erməni silahlı birləşmələri mədəniyyətimizin simvollarından olan bu şəhəri yerlə bir edərək xalqımızın tarixi ilə bağlı hər nə vardısa məhv etdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncamında Şuşa belə təqdim edilirdi: “Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir”.

Buna görədir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibənin yekunlarından biri olan hadisə, Şuşanın işğaldan azad edilməsi xalqımızın tarixində və yaddaşına yazılacaq möhtəşəm gün kimi həkk olundu. Bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il mayın 7-də imzalanan “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamında xüsusi olaraq vurğulanır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2022-ci il yanvarın 5-də imzaladığı “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamında isə ruhumuzun şəhərinin keşməkeşli taleyi təkrarən xatırlanır: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”.

Bu, keçdiyimiz yola ehtiramın nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb