MƏDƏNİYYƏT


Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiqlənib

Bakı, 4 avqust, AZƏRTAC

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiq edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyənləşdirir. Qoruğun mühafizə zonasının hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin həyata keçirilməsini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.