MƏDƏNİYYƏT


Şuşa Teatrı 148–ci mövsümünü “Dovşanın ad günü” tamaşası ilə açacaq

Bakı, 7 oktyabr, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrı 148–ci mövsümü oktyabrın 9–da uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.

“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.

“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.