MƏDƏNİYYƏT


Şuşa Teatrının səhnəsində yeni tamaşa

Bakı, 24 fevral, AZƏRTAC

“Human” teatrının “Mənim” tamaşası Şuşa Dövlət Musiqili Teatrının səhnəsində baş tutacaq.

AZƏRTAC xəbər verir ki, pantomim üslubda hazırlanmış “Mənim” psixoplastik tamaşası səfil bir insanın həyat tərzindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdur. Rolları Xalq artisti Pərviz Məmmədrzayev və Elgün Həmidov canlandırırlar.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Park Bulvar”, “Gənclik”, “28 Mall” ticarət mərkəzləri və iTicket.Az saytından əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.