REGİONLAR


Şuşa bütün dövrlərdə Azərbaycanın mədəni həyatında müstəsna rol oynayıb

Balakən, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zəngin inkişaf yolu keçmiş Şuşa şəhəri bütün dövrlərdə Azərbaycanın, eləcə də Cənubi Qafqazın ictimai-siyasi və mədəni həyatında müstəsna rol oynayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” mövzusunda videokonfransda səsləndirilib.

Rayonun mədəniyyət işçilərinin iştirak etdiyi konfransı Mərkəzin metodisti Sevda Yusifova açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb. Mərkəzin əməkdaşı vurğulayıb ki, Sərəncamda da qeyd edildiyi kimi, “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”.

2022-ci ilin Şuşanın həyatında ən yaddaqalan illərdən biri olacağını vurğulayan S.Yusifova deyib: “Şuşa İli” çərçivəsində şəhərin 270 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlər dünyaya səs salacaq. Erməni diasporunun illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqqında apardığı təbliğat ifşa olunur və olunacaq. Prezidentimizin dəmir yumruğu altında birləşən xalqımız, qəhrəman igidlərimiz Azərbaycan əsgərinin gücünü dünyaya sübut etdilər. Bəli, Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkan olacaq, dövlətimizin məqsədyönlü siyasəti sayəsində bu il parlaq və təntənəli tədbirlərə ev sahibliyi edəcəyik”.

Videokonfransda Mərkəzin metodisti Sevda Dibirova, bədii rəhbər Tural Kərimov, İtitala folklor evinin direktoru Qürbət Muradov, 1 saylı şəhər klubunun müdiri, Vətən müharibəsinin iştirakçısı, qazi Turan Musayev çıxış edərək, Şuşanın tarixi abidələri, tanınmış mədəniyyət xadimləri, əsrarəngiz təbiət gözəllikləri barədə danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.