MƏDƏNİYYƏT


“Şuşa fatehi” kompozisiyası maraqla qarşılanıb

Bakı, 4 dekabr, AZƏRTAC

Masallı Regional Mədəniyyət İdarəsinin (RMİ) Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “Şuşa fatehi” adlı tamaşa-kompozisiyanı nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Nurəddin Ədiloğlunun Masallı şəhidlərindən bəhs edən kitabı əsasında səhnələşdirilən tamaşa Vətən müharibəsi şəhidi Rafail Hüseynova ithaf olunub.

RMİ-nin rəisi Bəxtiyar Qılıncov, rayon rəhbərliyi, şəhid ailələri, yerli ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə şəhid R.Hüseynovun şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib. Şəhidin döyüşlər zamanı çəkilmiş həvəskar videokadrları maraq və həyəcanla izlənilib.

Sonra tamaşa-kompozisiya təqdim edilib. Hadisələr Şuşa şəhəri uğrunda həlledici döyüşlərə hazırlıq fonunda cərəyan edir. Şeir kompozisiyalarında müqəddəs şəhidlik zirvəsi vəsf edilib, Vətən övladlarının şücaəti poetik boyalarla ifadə olunub.

Xalq teatrının əməkdaşları Cəmaləddin Əliyev, Elsevər Əliyev və Ruslan Zahidovun birgə quruluş verdiyi tamaşada rolları teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.