REGİONLAR


Şuşa fatehləri, qazilər, şəhidlər Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaqlar

Şəki, 6 may, Mustafa Dadaşov, AZƏRTAC

“Şuşa İli” çərçivəsində mayın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə ən şanlı səhifə kimi daxil olduğunu, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin Zəfər Günü kimi tariximizə yazıldığını bildirib. İcra başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə ən uğurlu taktiki döyüşlərdən biri kimi düşüb. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şuşa fatehləri, qazilər, şəhidlər Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaq.

Elxan Usubov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını, 2022-ci ilin Şuşanın həyatında ən yaddaqalan il olacağını diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Şəki Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.