MƏDƏNİYYƏT


“Şuşa həqiqətləri” xarici KİV-də

Bakı, 18 noyabr, AZƏRTAC 

Türkiyənin “Alternatiftarih”, Misirin “Rayətu Misir Nyus”, “Nile Nyus”, “Asya əl-Yaum”, “Əl-Vasilə Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Mərakeşin “Banassa”, İsrailin “Aziz Nyus”, Rusiyanın “Finkaa.ru”, “Azerros.com”, “Atalar.ru”, İspaniyanın “Turaz.es” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Şuşa həqiqətləri” adlı sənədli videoçarxın yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənədli arxiv materialları əsasında yığılmış videoçarx Şuşanın qədim tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdikləri vəhşiliklərdən bəhs edir.

Qeyd edək ki, Misirin “Nile Nyus” informasiya portalının baş redaktoru Mahmud Diab “Şuşa həqiqətləri” videoçarxına istinadən Azərbaycanın qədim şəhəri olan Şuşa haqqında geniş məqalə yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.