REGİONLAR
“Şuşa” komandası viktorinanın qalibi olub
Naxçıvan, 1 mart, AZƏRTAC
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə 1 mаrt - Ümumdünyа Mülki Müdаfiə Günü münasibətilə “Fövqəladə hallara hazır olaq” mövzusunda viktorina keçirilib.
Nаzirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Vətən müharibəsində şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdаfiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, mayor Rəcəb Səfərov çıxış edərək əlamətdar gün barədə iştirakçılara məlumat verib. O, fövqəladə hallar zamanı uşaqların necə davranmalı olduqlarını, özünə və başqalarına necə yardım etmələri barədə ətraflı danışıb.
Daha sonra viktorinaya start verilib. Viktorinada “Azərbaycan”, “Qarabağ”, “Şuşa” və “Odlar yurdu” komandalarının hər birində 3 nəfər olmaqla, ümumilikdə, 12 nəfər mübarizə aparıb. Cavablar münsiflər heyəti tərəfindən nəzəri suallarda 5, 10 və əməli suallarda isə maksimum 15 balla qiymətləndirilib.
Viktorinanın sonunda “Şuşa” komandası I, Qarabağ komandası II, “Odlar yurdu” komandası III və “Azərbaycan” komandası IV yerə layiq görülüblər. Komandalara Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr və Təhsil nazirliklərinin diplomları təqdim edilib.
Tədbirin sonunda şagirdlərin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.