REGİONLAR


Şuşa məktəbi bu ilin sentyabrında istifadəyə veriləcək

Şuşa məktəbi bu ilin sentyabrında istifadəyə veriləcək

Şuşa, 11 mart, Xəyalə Cəfərova, AZƏRTAC

2021-ci il mayın 12-də Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa 1 saylı ümumtəhsil məktəbində işlər uğurla davam etdirilir. Qədim tarixə malik məktəbin bu ilin sentyabrında istifadəyə verilməsi planlaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

Şəhər infrastrukturunun qurulmasında təhsil müəssisələrinə xüsusi diqqət ayrıldığını qeyd edən A.Kərimov 960 şagirdlik tam orta məktəbin müasir standartlarla inşa olunduğunu bildirib. “Əvvəllər də 1 saylı məktəb kimi fəaliyyət göstərmiş bu təhsil ocağı erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldiyimiz 44 günlük müharibədən sonra burada işlər sürətlə davam etdirilir. Böyük Qayıdış planına uyğun olaraq şuşalı məktəblilər təhsillərini burada davam etdirəcəklər”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.