ELM VƏ TƏHSİL


Şuşa məktəblərində “Son zəng” tədbirləri təntənəli şəkildə təşkil edilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Şuşa rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli şəkildə təşkil olunub.

Şuşa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva məktəb kollektivinin uğurlarını xatırladıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, elmli və əsl vətəndaş kimi yetişmələrində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Gənclərimizin dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, yeniləri tikilərək şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin inşası Azərbaycan Respublikasının Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan qayğı və diqqətinin bariz nümunəsidir.

Rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev müstəqil həyatın astanasında duran məzunlara uğurlar arzulayıb.

Malıbəyli kənd 1 nömrəli və Xankəndi şəhər 4 nömrəli tam orta məktəblərinin məzunlarını, onların valideynlərini təbrik edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün dövlətimizin başçısı tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb, son vaxtlar məktəb kollektivlərinin qazandığı uğurlar barədə məlumat verib.

Şuşa şəhər 6 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Gülbəniz Babayeva bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişmələrində əvəzsiz rol oynayır.

Təhsildə fərqlənənlərə Şuşa Rayon Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.