REGİONLAR
Şuşa sakini: Bizə Şuşaya qayıtmaq sevincini bəxş edən Ali Baş Komandana minnətdarıq
Bakı, 5 sentyabr, Göyçək Mahmudlu, foto Aydın Məmmədov, AZƏRTAC
Bu gün çox sevincli bir gündür. Bu şərəfi, sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bizə Şuşaya qayıtmaq sevincini bəxş edən Ali Baş Komandana minnətdarıq. Şuşadan çıxanda 34 yaşım var idi. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Son ana kimi döyüşmüşəm. Azərbaycanın rəşadətli Ordusu yarımçıq qalan mübarizəmizi uğurla tamamladı.
AZƏRTAC xəbər verir ki, bunu Şuşa sakini, ehtiyatda olan polkovnik-leytenant Təvəkkül Hüseynov bildirib.
"Erməni vandalları mədəniyyət beşiyi olan Şuşanı dağıtsalar da hazırda burada çox yüksək səviyyədə bərpa işlər görülür. Aparılan quruculuq işləri Şuşanın gələcəyinin çox parlaq olacağını nümayiş etdirir", - deyə T.Hüseynov bildirib.