CƏMİYYƏT


Şuşa səfəri gənc könüllülərin yaddaşına əbədi həkk olunacaq

Şuşa, 13 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

Sentyabrın 13-ü Azərbaycanın könüllü hərəkatının nümayəndələri üçün önəmli bir gündür. Demək olar ki, bütün könüllü təşkilatlarının nümayəndələri Şuşada səfərdədirlər. Bu, könüllülük həyatının tarixində ən yaddaqalan məqamlardan biridir.

Bu sözləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev sentyabrın 13-də Şuşada AZƏRTAC-a müsahibəsində bildirib.

Səfərin gənc könüllülərdə unudulmaz təəssürat oyatdığını vurğulayan Y.Vəliyev deyib: “Səfər çərçivəsində məşhur Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəlləri, Şuşa qalası və digər tarixi-mədəni abidələrlə tanışlıq gənclərin böyük marağına səbəb oldu. Ermənilər tərəfindən 30 ilə yaxın müddətdə törədilmiş vəhşiliklər, viran qoyulmuş ərazilərimiz, tarixi yerlər düşmənin necə qəddar və çirkin xislətə malik olduğunu göstərir. Bu səfərin ən unudulmaz cəhətlərindən biri də odur ki, hər birimiz Şuşaya qalib ölkənin vətəndaşları kimi qədəm qoyduq. Düşünürəm ki, bu səfər gənc könüllülərin yaddaşında əbədi həkk olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.