REGİONLAR
Şuşa şəhərində “Məktəblilərin Xarıbülbül düşərgəsi” təşkil olunub
Şuşa, 15 avqust, AZƏRTAC
Şuşa rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və şəhid övladları üçün Şuşa şəhərində “Məktəblilərin Xarıbülbül düşərgəsi” təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkil etdiyi Xarıbülbül düşərgəsinin əsas məqsədi şagirdləri Şuşa şəhərinin keçmişi və müasir vəziyyəti ilə daha yaxından tanış etməkdir. 32 şagirdin iştirak etdiyi düşərgə 2 gecə 3 gün davam edib. Düşərgədə iştirak edən şagirdlər üçün müxtəlif ekskursiyalar, təlimlər, təfəkkürlü oyunlar, elmi səviyyəli viktorinalar təşkil edilib.