REGİONLAR


Şuşa şəhərində növbəti yaşayış binalarının inşasına dair açıq tender elan olunub

Şuşa, 4 iyul, AZƏRTAC

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. Üç və beşmərtəbəli olmaqla, 15 binanın şəhərin Baş planına uyğun olması və avtodayanacaqla təmin edilməsi nəzərdə tutulur.

Şirkətlər avqustun 9-dək hüquqi sənədləri, avqustun 18-dək isə təklif və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, iyunun 23-də Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.