ELM VƏ TƏHSİL


Şuşa şəhərinin 270 illiyinə həsr edilən beynəlxalq konfransa məqalə qəbulu davam edir

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək [email protected] ünvanına göndərilməlidir. Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanın tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, görkəmli şəxsiyyətlərinin, milli-mənəvi və sosial-mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.