MƏDƏNİYYƏT


Şuşa teatrı Xocalı soyqırımı ilə əlaqədar bir sıra anım mərasimləri keçirəcək

Bakı, 23 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008–ci ildən etibarən irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünyanın bir çox ölkələrində uğurla həyata keçirilməkdədir. “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı da bu kampaniyaya qoşularaq fevralın 25–də Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar bir sıra anım mərasimləri keçirəcək.

Bu barədə AZƏRTAC-a teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov məlumat verib.

Bildirib ki, Azərbaycan Dillər Universiteti və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək anım mərasimində Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunacaq.

Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mir Vüqar Nəsirovdur.

Bundan başqa, teatrın kollektivi Bakı Biznes Universitetində “Xocalım, ay Xocalım...” adlı ədəbi–bədii kompozisiya təqdim edəcək.

Kompozisiyanın hazırlanmasında Xalq şairi Zəlimxan Yaqubun şeirlərindən, Qara Qarayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu, Faiq Sücəddinovun bəstələrindən, Azərbaycan xalq musiqisindən, eləcə də videomateriallardan istifadə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.