MƏDƏNİYYƏT


Şuşa teatrı mövsümə iki tamaşanın nümayişi ilə yekun vuracaq

Bakı, 5 iyul, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci teatr mövsümünü iyulun 16–da 2 tamaşanın nümayişi ilə yekunlaşdıracaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı mövsümə Abdulla Şaiqin “Danışan gəlincik”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşasının nümayişi ilə yekun vuracaq.

Qeyd edək ki, bu teatr mövsümü Şuşa teatrı üçün çox uğurlu və unudulmaz bir mövsüm olub.

Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 30 ildən sonra iyun ayının 29–da Şuşa şəhərində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşası ilə çıxış edib.

Hər 2 tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.