MƏDƏNİYYƏT


Şuşa teatrından növbəti tamaşa - “Sərgüzəşti vəziri xani Lənkəran”

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.

“Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca üçüncü komediyasıdır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Əsərin süjeti 1800–180-ci illərə təsadüf edir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb. Əsərdə olduğu kimi, tamaşada da bütün hadisələr komik dillə, eləcə də şən musiqi keçidləri ilə tamaşaçıya təqdim olunur.

Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında ilk dəfə 2012–ci ildə oynanılıb. Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında təqdim olunub. Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında və 2014–cü ildə I Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.