İQTİSADİYYAT


Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirilib

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib.

Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib. İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb.

ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.