REGİONLAR


Şuşada Azərbaycan Polisi Günü qeyd olunub

Şuşa, 2 iyun, T.Ağaməmmədov, AZƏRTAC

2 İyul – Azərbaycan Polisi Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib. Şuşa Rayonu Polis Şöbəsində təşkil olunan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətlərini böyük əzm və peşəkarlıqla davam etdirirlər.

Şuşa Rayon Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov çıxışında daxili işlər orqanlarının ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında fəaliyyətindən danışıb, Azərbaycan polisinin işğaldan azad olunmuş ərazilərdə xidmətini şərəflə davam etdirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.