SİYASƏT


Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir

Şuşa, 3 iyul, AZƏRTAC

İyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələri Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Konfransın gündəliyində iki panel müzakirə olunacaq. İştirakçılar birinci paneldə BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlararası platformasının gələcəyi”, Türkiyə Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının icraçı direktoru Mesud Özcanın moderatorluğu ilə keçirilən ikinci paneldə isə “Regiondakı yeni geosiyasi reallıqlar və Türk Dövlətləri Təşkilatı” mövzusu ətrafında müzakirələr aparacaqlar.

Tədbirdə əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif edilmiş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformasının gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri və quruma üzv ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə mövzusu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.